Azərbaycana 2022-ci ilə qədər davamlı olaraq elektrik enerjisi tariflərini artırmağı tövsiyə edilib. Asiya İnkişaf Bankı Azərbaycana enerqetika sahəsinin maliyyə bərpası planının hazırlanması üçün ayrılan yardım demək olar ki, enerji tariflərinin uzunmüddətli artırılmasına yönəlib.
AİB-dən bildiriblər ki, texniki köməyin məqsədi elektrik təchizatıtının real dəyərinin hesabı və müxtəlif müştərilər üçün dərəcələri fərqləndirməsi ilə bu sahələrin hər biri üçün yeni tarif strukturunun inkişafı olacaq.
Bank hesab edir ki, sektorun xərclərinin 2022-ci ilədək tam dəyərini almaq üçün tarifləri artırmaq vacibdir. Asiya Bankı 2017-2018-ci illərdə Azərbaycan hökümətinə elektroenergetika sahəsinin maliyyə bərpası üçün əlavə vəsait ayıra bilər. Bu günə texniki kömək üçün 0,6 milyon dollarlıq qrant təqdim etməyə hazırdı. Texniki layihə üçün icraedici agentlik Maliyyə Nazirliyi seçilib.
Texniki yardım hələ təsdiq olmamasına baxmayaraq, AİB layihənin öyrənilməsi üçün konsultant axtarışındadır. Avqustun 8-də iştirakçıların seçilməsi planlaşdırılır.
Yardım layihəsinin startı noyabr ayından gec olmayaraq veriləcək.