Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Fransada rus azarkeşlərin davasında Putin izi

azerkes davaFransada keçirilən futbol üzrə dünya çempionatında rusiyalı azarkeşlərlə bağlı insident təsadüf deyilmiş.

Britaniyanın yüksək vəzifəli şəxsləri «Avro-2016»nın oyunlarında yaşanan bu qalmaqalda Kremlin əlinin olduğunu bildirirlər.

Bu barədə nüfuzlu «The Guardian» nəşri məlumat yayıb.

Qəzet Britaniya hökumətindəki mənbələrə istinadən yazıb ki, rus azarkeşlərin şəxsiyyəti müəyyən edilərkən onların Rusiya güc strukturlarının əməkdaşları olduğu üzə çıxıb. Onların «xuliqanlıq» hərəkətləri isə birbaşa Rusiya rəhbərliyi ilə razılaşdırılıb.

Qəzetin yazdığına görə, bu, Rusiyanın apardığı «hibrid müharibəsinin» davamıdır.

Hökumətdəki mənbə onu da qeyd edib ki, məqsəd, bütün dünyaya qarşı duran Rusiyanın gücünü nümayiş etdirmək olub.

Müəllif  bildirir ki, rus azarkeşlərlə Kremlin birbaşa əlaqəsini sübut etmək çətin olsa da, onların bir neçəsinin Rusiya güc strukturlarında çalışması, məlum olaylarda hərəkətlərini koordinə etmələri və nəhayət, əlbəyaxa dava üçün əlcəklərinin və başqa ləvazimatlarının olması insidentin təsadüfən baş vermədiyinə işarə edir.

Məqalədə həmçinin Rusiya prezidenti Vladimir Putinlə Ümumrusiya Azarkeşlər Birliyinin sədri Aleksandr Şprıginin 2010-cu ildə çəkirdikləri birgə foto da dərc olunub.

Şpırgin «Avro-2106»dakı son insidentlə əlaqədar «potensial təhlükə» kimi, Fransadan qovulmuşdu.

Xatırladaq ki, iyunun 11-də Rusiya-İngiltərə matçından sonra tribunada azarkeşlər arasında dava çıxıb. 30-a yaxın rus azarkeş ingilis azarkeşlərə hücum edərək onlara ağır xəsarətlər yetiriblər.

Fransa polisi bildirir ki, insidentdə xuliqanlıq edən rus azarkeşlərin sayi 150-dir.

azadliq.info

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir