Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Türkiyəyə qaçaqmal siqaret və içki keçirən azərbaycanlı cərimələndi

Türkiyənin Tokat vilayətinin Niksar qəsəbəsində sərnişin avtobusunda gömrükdən yayınan qaçaqmal siqaret və spirtli içki aşkarlanıb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, vilayətin polis idarəsinə bununla bağlı məlumat daxil olub.
Araşdırma zamanı azərbaycanlı K.H.-ya məxsus baqajdan ölkəyə qaçaq yollarla keçirilən 600 paket siqaret və 5 litrə yaxın spirtli içki aşkarlanıb.
Buna görə azərbaycanlıya 8 min 870 lirə cərimə olunub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir