Kiyevdə yerli ATR telekanalının aparıcısı olan Rusiya vətəndaşı Arkadiy Babçenko qətlə yetirilib. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın “Obozrevatel” nəşri məlumat yayıb. Ukrayna DİN-i hadisə ilə bağlı məlumat yayıb.
“Hadisə Kiyevin Dneprovsk rayonunun Nikolsko-Slobodskaya küçəsində baş verib. “102” “qaynar xətt”ə daxil məlumata əsasən, qadın mənzilə daxil olarkən ərinin ağır yaralandığını görüb. 42 yaşlı kişi bel nahiyəsindən aldığı ağır xəsarətdən keçinib”, – deyə məlumatda bildirilir.
ATR telekanalının baş direktorunun müavini Aydər Mucabayev jurnalistin naməlum şəxs tərəfindən mənzilində güllələnərək qətlə yetirildiyini təsdiqləyb.
Arkadiy Babçenko Rusiyanın bir neçə tatınmış nəşrində (“Komsomolskaya Pravda”, “Novaya qazeta”) və telekanalında (“Pervıy Kanal”, “ТВЦ”) hərbi müxbir kimi çalışıb.
Jurnalist 2016-cı ilin sonunda Rusiyadan Ukraynaya köçüb, Kiyevdə “ATR” telekanalının yayımladığı “Prime: Babçenko” proqramının aparıcısı olub.