Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Hadisə

Azər Qasımlı 30 sutka azadlıqdan məhrum edilib – yenilənib

Bu gün Yasamal Rayon Məhkəməsində Respublikaçı Alternativ Partiyasının (REAL) Məclis üzvü Azər Qasımlı barəsində inzibati həbs seçilib.
APA-nın xəbərinə görə, ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə A. Qasımlı 30 sutka müddətinə azadlıqdan məhrum edilib.
***
REAL Partiya Məclisinin üzvü Azər Qasımlı Azərbaycan Baş Prokurorluğuna çağırılıb.
“Report” xəbər verir ki, bu barədə REAL partiyası məlumat yayıb.
Məlumata görə, A.Qasımlı daha sonra Yasamal Rayon Polis İdarəsinə aparılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir