Suriyanın Afrin bölgəsindən Türkiyə ərazisinə daha dörd raket atılıb.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, terrorçular oradakı mövqelərindən Kilisə 3 raket atıb. Onlardan biri yola, digər 2-si boş əraziyə düşüb.
Daha bir raket Hatayın Reyhanlı bölgəsinə atılıb. Raket zərbələri nəticəsində ölən və yaralanan olmayıb.
Xatırladaq ki, ötən gün Kilisə atılan raket restorana düşmüş, hadisə nəticəsində 4 nəfər yaralanmışdı. Ümumiyyətlə isə “Zeytun budağı” əməliyyatının başladığı gündən indiyədək Afrindən Türkiyə ərazisinə 60 raket atılıb. Hücumlar nəticəsində 5 nəfər ölüb, 77 nəfər yaralanıb.