Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

ABŞ Rusiyanı ən böyük təhlükə hesab edir

“Rusiya və İran dünyanı SSRİ dağılandan sonra ən təhlükəli vəziyyətə gətirib”

Bu bəyanatla ABŞ-ın vitse-prezidenti Mayk Pens Atlantik Şurasının iclasında çıxış edib.

O, Rusiya, İran və terrorçuluğu eyni sıraya qoyub.

“Rusiyanın beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirmək, İranın isə Yaxın Şərqdə vəziyyəti qlobal terrorçuluq həddinə qədər gərginləşdirmək cəhdləri – hansı ki, terror istənilən vaxt, istənilən yerdə baş verə bilər – dünyanı SSRİ dağılandan indiyə kimi ən təhlükəli hala gətirib”, – deyə Pens bildirib.

Onun sözlərinə görə, ABŞ NATO çərçivəsində öhdəliklərinə sadiqdir və hesab edir ki, Alyans üzvlərindən birinə hücum bütünlükdə hərbi bloka hücum deməkdir.

Qeyd edək ki, bundan əvvəl Litva prezidenti Dalya Qribauskayte də Rusiya və Belarusun varlığını Baltikyanı ölkələr və Polşa üçün başlıca təhlükə adlandırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir