Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Adnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO – VİDEO

Adnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO - VİDEOAdnan Oktarın proqramında qızlarını görən vyanalı ata Elvan Koçak cinayət işinin başlanılması üçün müraciət etmiş və məsələ ilə bağlı xəbərlər çıxmışdı. Adnan Oktarın proqramında qızları ilə birlikdə iştirak edən Elvan Koçakın həyat yoldaşı Gülperi Koçak məsələ ilə bağlı açıqlama verib.

Adnan Oktarın proqramında qızlarını görən vyanalı ata Elvan Koçak cinayət işinin başlanılması üçün müraciət etmiş və məsələ ilə bağlı xəbərlər çıxmışdı. Adnan Oktarın proqramında qızları ilə birlikdə iştirak edən Elvan Koçakın həyat yoldaşı Gülperi Koçak məsələ ilə bağlı açıqlama verib.

Gülperi Koçak “Yeni Akit” qəzetinə göndərdiyi yazılı açıqlamada: “Əvvəla, bunu bildirim ki, bu xəbər başdan-ayağa uydurma və həqiqətdənkənardır. Mənim heç bir övladım heç kim tərəfindən qaçırılmayıb. Qızlarım Şeyma Koçak və Büşra Koçak hal-hazırda mənim yanımdadırlar və azaddırlar. 16 yanvar 2018-ci il tarixində birlikdə bir restoranda yemək yeyərkən çəkilmiş fotoşəkillərimizi qoşmada sizə təqdim edirəm.” – deyərək “Yeni Akit” qəzetini tənqid etmişdi. Gülperi Koçakın məsələ ilə bağlı “Yeni Akit” qəzetinə və TV kanalına göndərdiyi həmin yazılı izahatın tam mətni budur:

“Akit TV”-nin məsul şəxslərinə:

Hörmətli “Akit TV”,

Mən, Gülperi Koçak “Akit TV”-də 15.01.2018-ci il tarixində saat 19:30-da “Ana Haberler”-də mənim və övladlarım haqqında həqiqətdən kənar xəbər yayımlandığına görə bu açıqlamanı verməyi zəruri hesab etdim.
Sözügedən xəbərdə keçmiş həyat yoldaşım Elvan Koçakdan götürülmüş müsahibə yayımlanmış və keçmiş həyat yoldaşım tərəfindən guya mənim qızlarımın biriləri tərəfindən zorla qaçırıldığı, qızlarımın guya ataları ilə görüşdürülmədiyi irəli sürülmüşdür.

Əvvəla, bunu bildirim ki, bu xəbər başdan-ayağa uydurma və həqiqətdənkənardır. Mənim heç bir övladım heç kim tərəfindən qaçırılmayıb. Qızlarım Şeyma Koçak və Büşra Koçak hal-hazırda mənim yanımdadır və azaddırlar. 16 yanvar 2018-ci il tarixində birlikdə bir restoranda yemək yeyərkən çəkilmiş fotoşəkillərimizi qoşmada sizə təqdim edirəm.

Xəbərinizdə müsahibəsini yayımladığınız keçmiş həyat yoldaşım Elvan Koçak, təəssüf ki, həqiqətə uyğun olmayan ssenarilərlə kanalınızı aldatmışdır.
Mən Avstriyada ikən həyat yoldaşım Elvan Koçakın mənə qarşı istər fiziki zorakılıq və mənəvi təzyiqləri, istərsə də nikah aktına uyğun olmayan rəftarları səbəbindən ondan boşanmağa qərar verdim. Avstriya Məhkəməsi məni haqlı elan etdi və boşanmamızı təsdiqlədi. Uşaqlarımın mənim yanımda qalmasına qərar verdi və mənə himayə hüququ verdi.

Keçmiş həyat yoldaşım Elvan Koçak çox qatı mühafizəkar, radikal inancları olan insan olduğuna görə övladlarımın müasir həyat tərzi ilə yaşamasına mane olmağa çalışır. Övladlarıma və mənə zəng edərək hədə-qorxu gəlməyə başladı. Əgər onun yanına getməsələr, qızlarımı öldürəcəyini, sonra da intihar edəcəyini dəfələrlə həm mənə, həm də övladlarıma deyib, ismarıclar yazıb.

Mən keçmiş həyat yoldaşımın ölümlə hədələməsindən çox qorxdum. Avstriyada polisə müraciət etdim. Keçmiş həyat yoldaşımı yaxşı tanıyıram. Bu təcavüzkarlığa cürət edəcək, mənə və övladlarıma zərər verməkdən çəkinməyəcək biridir. Bundan əlavə, demək olar ki, hər gün qəzetlərdə həyat yoldaşını, övladlarını öldürəcəyini açıq-aydın elan etdikdən sonra dediyini həyata keçirən, övladlarını və həyat yoldaşını bir yerdə təkləyib güllələyən insanların xəbərlərini oxuyuram.
Mən, Allah qorusun, övladlarımı belə dəhşətli laqeydliyə görə itirsəm, ölənə qədər özümü bağışlamaram. Bunun hesabını da verə bilmərəm. Bu səbəbdən dövlətimin səlahiyyətli orqanlarından kömək istəmişəm. Hər cür qanuni hüququmu qorumaqda qərarlıyam.

Qızım Şeyma çox qorxduğu üçün atasının ona yaxınlaşmaması üçün məhkəmədən mühafizə orderi alıb. Mən də təhlükədən narahat olduğuma görə polisə müraciət etmişəm və polis 6 ay müddətinə keçmiş həyat yoldaşımın mənə yaxınlaşmaması üçün mühafizə orderi verilməsini tələb edib. Bundan əlavə, ailə məhkəməsinə bizi təhdid etdiyinə görə keçmiş həyat yoldaşım Elvan Koçakın mənə və övladlarıma yaxınlaşmaması üçün mühafizə orderi verməsi üçün etdiyim müraciət qəbul edilib və bir daha uzaqlaşdırma qərarı çıxarılıb. Yəni hal-hazırda keçmiş həyat yoldaşım Elvan Koçak əleyhinə 2 məhkəmə qərarı var. Bu qərarları qoşmada təqdim edirəm.

Keçmiş həyat yoldaşım Elvan Koçak televiziyada dəfələrlə məşq etdiyi bəlli olan saxta ağlaması ilə guya qızlarını görə bilmədiyini, həyatları üçün narahat olduğunu, qızlarının guya qaçırıldığını, bir yerdə saxlanıldığını və bu kimi bir sıra cəfəng iddialar irəli sürüb. Bunlar tamamilə uydurmadır. Mənim və qızlarımın ünvanı, telefonu, bütün əlaqə məlumatları bəllidir. İstəyən bizimlə əlaqə saxlayıb danışa bilər. Habelə, qızlarım tez-tez yüz minlərlə insanın qarşısında canlı yayımda proqramlarda iştirak edirlər. Nə qədər şən, yüksək əhval-ruhiyyəli, sağlam olduqlarını minlərlə insan görür. Heç bir yerdə saxlanılmadıqları, mənimlə birlikdə olduqları, çox xoşbəxt yaşadıqları açıq-aydın ortadadır. Ona görə də kanalınızda 15.01.2018-ci il tarixində yayımlanan xəbər doğru deyil. Keçmiş həyat yoldaşımın birtərəfli izahları ilə ictimaiyyət aldadılmışdır. Tamaşaçılarınızın və ictimaiyyətin düzgün məlumatlandırılması baxımından bu izahatın kanalınızda yayımlanmasını xahiş edirəm.

Hörmətlə,
Gülperi Koçak
Şeyma Koçak və Büşra Koçakın anası və qanuni himayəçisi
Mövzu ilə bağlı Gülperi Koçakın paylaşdığı məhkəmə qərarları sənədləri:

Adnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO - VİDEOAdnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO - VİDEOAdnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO - VİDEOAdnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO - VİDEOAdnan Oktarın kanalındakı qızlar haqqında cinayət işinin başlanılması barədə deyilənlər yalan çıxdı FOTO - VİDEO

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir