21 iyun 2018 il tarixində Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin və Heydər Əliyev mərkəzinin yardımı və təşəbbüsü ilə rayonun 32 saylı tam orta məktəbinin akt zalında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirilən “Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində seminar – treninq keçirilib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuşdu və maarifləndirici xarakter daşıyırdı. Tədbirdə Nizami rayonu ictimaiyyətinin nümayəndələri, o cümlədən: ərazidə fəaliyyət göstərən tam orta təhsil məktəblərinin, tibb müəssisələrinin, SOKAR-ın əməkdaşları iştirak ediblər. Tədbiri məruzəçi, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə açmış, seminarın məqsədini izah edib və “Cümhuriyyət dövründən I vitse prezidentliyə gələn yol” mövzusunda çıxış etmişdir. Məruzəçi dövlət və dövlətçiliyi əks etdirən mərasimlər, ənənələr və tədbirlərin, o cümlədən: gerb, himn, bayraq, rəsmi geyim, ölkənin həyatındakı müəyyən hadisələrlə bağlı rəsmi bayram, faciə günləri və s. halların dövlətçilik mədəniyyətinin ifadəsi oluğunu vurğulayıb.
Respublikamızın Azərbaycan Xalq Cumhuriyyəti(AXC) dövründən bu günə kimi keçdiyi təkamül yolundan bəhs edib. Mövzunun davamı olaraq digər aparıcı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Seçki mədəniyyəti” ilə bağlı çıxış edib və Azərbaycanda AXC dövründən başlamış müasir zamana qədərki vaxt ərzində cəmiyyətdə seçki mədəniyyətinin və fərdlərarası münasibətlərin formalaşmasından danışıb. Mövzu ətrafında müzakirələr keçirdilmiş və iştirakçıların təklifləri dinlənilib. Tədbirdə həmçinin 32 saylı tam orta məktəbin direktoru Sevda Abdullayeva da iştirak edib.