HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB, ŞAMPAN İÇDİLƏR – VİDEO
Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb. Çox bahalı avtomobillərdən düşmüş gənclər, toy karvanı ilə tuneldəki yolu kəsərək, rəqs ediblər və birbaşa yolun ortasında atəşfəşanlıq təşkil ediblər….
Müsavat bəyanat yaydı: “Təzyiqlərə son qoyulsun”
Müsavat Partiyası hökumətdən təzyiqlərə son qoyulmasını tələb edir “Müsavat Partiyası hesab edir ki, hakimiyyətin Bastainfo.com saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi…
“Hasilat Sənayesində Şəfafflıq nədir?” – Təşəbbüs Siyəzəndə təbliğ olunur
Siyəzən rayonunda “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin təşəbbüsü ilə “ Hasilat Sənayesində Şəfafflıq nədir ? -Təşəbbüsün bölgələrdə təbliği” mövzusunda Dəyirmi Masa keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə eyniadlı layihə çərçivəsində…
CƏNUB BOLGƏSİNDƏ PREZIDENTIN FƏRMANINA ICTIMAI DƏSTƏK VERILDI
11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbay¬can Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu cənub bölgəsinin Lerik rayonunda Heydər Əliyev Mərkəzində “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə…
Hasilat Sənayesində Şəffaflıq təşəbbüsü Siyəzəndə – Foto
“Təbii ehtiyatlardan əldə olunan gəlirlər vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunmalıdır”. Bu sözləri “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin rəhbəri Şaban Nəsirov Siyəzən rayonunda Hasilat Sənayesində Şəfafflıq mövzusunda keçirilən Dəyirmi Masada deyib. Qeyd edək ki, “ Hasilat Sənayesində…
Nazir 11 şöbə rəhbərini işdən çıxardı – Ciddi nöqsan
Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub….
Türkiyə HHQ 17 terrorçunu məhv edib
Türkiyə Hərbi Hava Qüvvələri 3 əyalətdə PKK terrorçularına qarşı hava əməliyyatları keçirib. Trend-in Türkiyə SQ-nin baş qərargahının bəyanatına istinadən verdiyi məlumata görə, hava əməliyyatları nəticəsində 17 PKK terrorçusu məhv edilib. Bəyanatda deyilir: “Osmaniye, Şırnak və Diyarbakır əyalətlərində PKK terrorçularına qarşı…
Azərbaycanda 3 xarici şirkətin fəaliyyəti dayandırılıb
11 iyulda üç xarici şirkət Azərbaycanda fəaliyyətinin dayandırıldığını elan edib. Bu barədə Vergilər Nazirliyi məlumat verib. Britaniyanın Baker and McKenzie CIS şirkətinin Bakı filialı 20 ildir fəaliyyət göstərir. Uzun illər bu şirkətin Azərbaycandakı tərəfdaşı keçən il Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi…
Əli Həsənov BBC-yə yanlış məlumat verdiyini etiraf edib
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən hadisəni “icra başçısına qarşı törədilmiş kriminal hadisə, silahlı basqın” adlandırıb, əslində isə bu, “terror hadisəsi”…
Hüquq müdafiəçiləri siyasi məhbuslara təzyiqdən və qanunsuz həbslərdən narahatlıqlarını bildiriblər
“Son zamanlar baş verən qanunsuz həbslər və repressiyalar bizi narahat edir. Rəsmi qurumların bütün hərəkətləri qanun daxilində olmalıdır”. Bu barədə iyulun 11-də Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin Müsavat Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında qurumun rəhbəri Oqtay Gülalıyev bildirib. Mətbuat konfransında…