11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maaliyyə dəstəyi ilə, Azərbay¬can Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu cənub bölgəsinin Lerik rayonunda Heydər Əliyev Mərkəzində “Regionlarda şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə dəstək” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda maarifləndirmə iclası keçirildi. Tədbirin mövzusu cənub bölgəsində ictimayyət arasında marağlı olduğu üçün hətdda iclasa qonşu, Lənkəran və Astara rayonlarındanda şəhid ailləri və müharibə veteranları gələrək iştirak edirdilər.
İclasda adiyyəti olan Lerik rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik və Astara rayon şöbəsinin adiyyəti olan idarələrin, QHT- rəhbərləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri, müharibə əlilləri və veteranlar iştirak etdilər.
İclas, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsi yad edilərək öz işinə başladı.
İclasda Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov çıxış edərək iclas iştirakçılarını Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirova adından salamlayaraq belə bir mühüm əhəmiyyətli layihənin cənub bölgəsinin ucqar Lerik rayonunda həyata keçirdərək şəhid ailələrinin birdəfəlik sığorta vəsaitinin almalarına və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə hüquqi köməklik gostərərk, onlar arasında maarifləndirmə işi təşkil etdikləri üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun əməkdaşlarına öz təşəkkürünü bildirdi.
Sonra Habil Məlikov rəsmi statistik məlumat verərək bildirdi ki, əhalisinin sayəna görə 80 min əhalis olan Lerik rayonu üzrə 300 nəfər Qarabağ müharibəsi veteranı, 143 şəhid ailəsi vardır, onlardan 5 nəfəri Azərbaycanin Milli Qəhranıdır. Bu insanlara hər vaxt I-ci növbədə Lerik rayonu İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin diqqət və qayğsı altında olaraq onların tibbi-sosial məsələlərinə əlimizdən gələn köməkliyi əsirgəməmişik. Dövlətimiz tərəfindən bu diqqət-qayğı olub və bundan sonrada davam etdiriləcəkdir.
Daha sonra layihənin direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc bildirdi ki, «Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Adları qeyd olunan vətəndaşların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanaraq davam edir.
Həyata keçirilən layihənin əsas məqsədidə, məhz 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə, Azərbaycan Respublikasının Prezidentinin, 19 aprel 2018-ci il tarixli Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik sığorta vəsaitinin almaları üçün ayrı-ayrı regionlarda maarifləndirmə işləri aparmaq və hüquqi köməklik göstərməkdən ibarətdir.
Layihə çərçivəsində həmçinin regionlarda, Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış müharibəsi əlillərinin xarici ölkələrdə müalicələrinin, Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.
Daha sonra Sərraf Oruc öz çıxışında ümid edərək bildirdi ki, Prezidentin 19 aprel 2018-ci il tarixli fərmanı tətbiq edilərək icrası başa çatdıqdan sonra cənab Prezidentin bu istiqamətdə növbəti fərmanı Qarabağ müharibəsi əlillərinə birdəfəlik sığorta pulunun ödənilməsi ilə bağlı olacaq və tezliklə onlarında söqorta məsələləri öz həllini tapacaqdır.
Daha sonra Prezdentin məlum Fərmanının icrasına adiyyəti olan idarələrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Polkovnik Arif Həsənov, Lerik rayon Axsaqqalar Şurasının sədri Həmzə Vəliməmmədov, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin sədir müavini, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin idarə heyyətinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Xətai Baxışov, “Ehtiyyatdda Olan Zabitlər Konfedreasiyası” İctimai Birliyinin üzvü, Azərbaycan Bayrağı Ordenli, Ehtiyatda olan polkovnik Əjdər Qurbanov, Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədov, Lerik rayon Dövlət Sosial Müdafiyə Fondunun müdüri Malik Mirzəyev, Lerik rayonu Dovlıt Sığorta idarəsinin sədri Habil Əliyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Lerik rayon şöbəsinin sədri Veysəl Məlikov çıxış edərək şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitləri haqqında və şəhid ailələrinin, müharibə əlillərinin tibbi-reabilitasiyası, sosial məsəllər ilə əlaqədar iclas iştirakçılarına ətraflı məlumat verdilər.
İclasda iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Polkovnik Valeh Nəcəfov məlumat verəırək bildirdi ki, Astara rayon üzrə 316 Qarabağ müharibəsi vetranı, 79 şəhid ailəsi, 41 Qarabağ müharibəsi əlil, 1 nəfəri Azərbaycanin Milli Qəhranı, 124 əfqanstan müharibəsi iştirakçısı vardır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General-leytenant Arzu Rəhimovun göstərişinə əsasən, ölkə prezidentinin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanının isrası Astara rayon aidiyəti təşkilatlar tərəfindən hazırlanaraq müvafiq orqanlara təqdim edilmişdir.
Çıxış edənlər öz çıxışlarnın sonunda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını müsbət qiymətləndirərək cənab Prezidentə öz təşəkkürlərini bildirdilər.
Iclasda şəhid ailələrinə, müharibə əlillərinə Prezidentin 19 aprel 2018-ci il tarixində imzaladığı Fərmanını haqqında maarifləndirmə bukleti paylanıldı və Lerik rayon adiyyəti olan idarələrin rəhbərləri tərəfindən şəhid ailələrini, müharibə əlillərinı maraqlandıran suallara aydınlıq gətirildi.
Iclas Lerik rayonunda şəhid ailələrinə, müharibə əlillərinə, vetranlara göstərdikləri diqqət və qayğıya və gənclərin hərbi vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərinə görə bir neçə nəfərə Fəxri –Fərmanlar təqdim edilərək yekunlaşdı.
Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun
Mətbuat Xidməti «12 » iyul 2018-ci il.