Qazax sakini yerli polisdə naməlum şəraitdə ölüb
Qazax rayon sakini Teymur Axundov ötən gecə yerli polis şöbəsində ölüb. Bacısının sözlərinə görə, o, ölüncəyədək döyülüb. Buna sübut kimi sosial şəbəkələrdə qardaşının cəsədinin fotosunu paylaşıb. Mərhumun bədənində çoxlu qançır izləri olub. Turan agentliyinin sorğusuna cavab olaraq rayon prokurorluğundan bildiriblər…
Bakıda Qarabağla bağlı mitinq keçiriləcək – İcazə verildi
Bir neçə ay əvvəl yaradılan Qarabağ Komitəsinə mitinq keçirmək üçün icazə verilib. Bu barədə BakuPost-a komitənin təsisçilərindən olan, tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib. O bildirib ki, Qarabağ Komitəsi Qarabağla bağlı mitinq keçirmək üçün bir müddət əvvəl Bakı Şəhər İcra…
Ali Məhkəmə jurnalistin cəzasını azaldıb
Bu gün, sentyabrın 26-da Ali Məhkəmədə “Jam.az” saytının rəhbəri Fikrət Fərəməzoğlunun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. “Report”un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, F.Fərəməzoğlunun cəzası azaldılıb. Belə ki, onun…
Müsavatçı fəal həbsdən çıxıb
Əziz Şahinoğlu sentyabrın 25-də həbsdən azad edilib. Senyabrın 15-də Xarici İşlər Nazirliyinən qarşısında Ermənistana müharibə elan olunmasını tələb ilə aksiya keçirən və 10 sutka azadlıqdan məhrum edilən Müsavat fəalı Əziz Şahinoglu həbsdən azad edilib. Bu barədə Ə. Şahinoğlu özünün facebook…
Ərdoğan: “BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”
“BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır”. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı bildirib. “Bu gün BMT Təhlükəsizlik Şurası əslində beş daimi üzvün əlində bir alətə çevrilib, digər…
ABŞ Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib
ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib.”Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətinin federal reyestrinin saytında məlumat verilib. Müvafiq sənəd sentyabrın 26-da rəsmi şəkildə nəşr olunacaq. Xəbərdə qeyd edilib ki, “qara siyahı”ya “Aerokompozit”,…
AZƏRBAYCAN RUSİYAYA 5 MİLYARD DOLLAR NİYƏ VERİB? – TASS açıqladı
Ötən ay prezident İlham Əliyev Rusiyaya rəsmi səfəri zamanı prezident Vladimir Putinlə Soçidə keçirilmiş danışıqlardan sonra iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə danışarkən bildirmişdi ki, Azərbaycan son illərdə Rusiyadan cəmi 5 miyard dollara yaxın dəyərində silah və hərbi texnika alıb….
Ferman Ceyranlının təzyiqlərdən şikayətləndiyi deyilir
Gürcüstan Apellyasiya Məhkəməsinin bu ölkədə həbsdə olan cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlı barədə qərarını gecikdirdiyi bildirilir. Cərrahın qızı Lalə Hüseynli AzadlıqRadiosuna deyib ki, bu gün, sentyabrın 25-də apellyasiya şikayəti üzrə məhkəmə prosesi 3 aylıq fasilədən sonra davam etdirilib. Sentyabrın…
Azərbaycanlı qız Facebook proqramının 100 təqaüdçüsü arasında
Azərbaycandan Zərəngiz Hüseynova Facebookun Silikon Vadisində keçiriləcək Community Leadership proqramının 100 iştirakçısından biri olaraq seçilib. 25 yaşlı Hüseynova Azərbaycanda qadınlar üçün təhsil proqramı olan WoWoman-in təsisçisidir. O, bütün dünyadan 6 mindən çox namizəd arasından Facebook Cəmiyyətin Liderlik İnkişaf Proqramının 100…
Azərbaycanda rəsmi saytlara giriş dayandı – Problem yaranıb
Bir qədər əvvəl Azərbaycanda rəsmi dövlət qurumlarının saytlarında problem yaranıb. Bir neçə dəqiqə ərzində rəsmi saytların heç birinə daxil olmaq mümkün olmayıb.Hətta rəsmi informasiya agentliklərinin saytları belə açılmayıb. Problemin səbəbi hələlik məlum deyil. Modern.az saytı yaranan problemlə bağlı Nəqliyyat, Rabitə və…