Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

ANS-in keçmiş aparıcısı övladını itirdi

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədova yeni doğulan körpəsini itirib.

Bu haqda Gülnarə sosial şəbəkədə yazıb. Türkiyədə ərdə olan Məmmədova uzun müddətdir qızı Azranın xəstə olduğunu bildirmişdi. O, övladı ilə bağlı paylaşımlar edərək, onun xəstəxanaya yerləşdirildiyini vurğulamışdı.

Bu gün isə Gülnarə övladını itirdiyini bildirib və sosial şəbəkədə bunları paylaşıb:

“Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Həmişə mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən.

Yanımda olsan da, olmasan da, bədənimdə qoyduğun və heç vaxt silinməyəcək imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə gedəcəyim açarımsan. Sən mənim canımsan, qanımsan, balımsan, yeganə qızımsan…”.

G.Məmmədovanın övladı dekabrın sonlarında dünyaya gəlib və səhhətində problem olub. Körpə bir müddət xəstəxanada müalicə alsa da, onu xilas etmək mümkün olmayın.

Qeyd edək ki, G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, “Kamerton” verilişinin aparıcısı olub.

Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu onun ikinci nikahıdır. (axsam.az)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir