İctimai-siyasi aktiv Sabit Cabbarov 12 iyul 2016-ci il tarixdə polis tərəfindən saxlanılıb.
Bu haqda məlumatı S.Cabbarovun həyat yoldaşı Xədicə Cabbarova “Media-Fakt”a açıqlamasında bildirib. X.Cabbarovanın verdiyi məlumata görə Sabit Cabbarov mülki geyimli şəxslər tərəfindən polis idarəsinə aparıldığın bildirib. Lakin hansı polis idarəsinə nə üçün aparılığı haqda məlumatsızdır. Xədicə Cabbarova ehtimal edir ki, həyat yoldaşının həbsinə səbəb, onun fecebook sosial şəbəkəsində və ictimai tədbirlərdə daimi aktivlik göstərməsidir.