Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Bloger Namiq Sadıqlı 30 sutka həbs edilib (yenilənib)

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP fəalı Namiq Sadıqlı 30 sutka həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib. Bu barədə Turan-a AXCP-dən bildiriblər. Partiyadan deyiblər ki, müdafiə tərəfi həbsdən şikayət verəcək.

* * *

Noyabrın 30-da Xalq Cəbhəsi Partiyasının fəalı, bloger Namiq Sadıqlı saxlanılıb.

AXCP üzvlərinin Turan-a verdiyi məlumata görə, Sadıqlı Nəsimi rayon 19-cu polis bölməsinə aparılıb.

Mənbənin məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham olunur. Onu 1 ayadək həbs cəzası gözləyir. Blogerin işinə bu gün paytaxtın Nəsimi rayon məhkəməsində baxılacaq. “polisə tabe olmama”nın məhz nədən ibarət olduğu aydın deyil.

AXCP fəallarının sözlərinə görə, Sadıqlı sosial şəbəkələrdə fəal idi və orada müxalifətin hökumət əleyhinə aksiyaları haqqında videoçarxlar yerləşdirirdi.

Xatırladaq ki, hazırda Azərbaycanda 10-dan çox jurnalist və bloger həbsdədir. Onlar hamısı ölkə hakimiyyətinin siyasətini tənqid etdiklərinə görə mühakimə ediliblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir