Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Modelyer Leyla Əhmədova aclıq aksiyasına başladığını elan etdi

Bu barədə o, noyabrın 23-də keçirdiyi mətbuat konfransında məlumat verdi

Leyla Əhmədova deyib ki, Nizami Ağayev adlı şəxsdən qeyri-yaşayış sahəsi icarəyə götürüb. İcarə haqqı kimi də 238 min manat ödəyib. Bu işə təqribən bir milyondan artıq vəsait sərf edib. Həmin vaxt Nizami Ağayev modelyerə vergidən yayınmağı təklif edib.

Təklifi qəbul etməməsi isə tərəflər arasında mübahisənin başlanmasına səbəb olub: “2016-cı ilin sentyabrında Nizami Ağayev  şəriki Azər Lütfəliyev və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə birgə ofisə daxil oldular, hər yeri darmadağın etdilər. Onlar bahalı parçaları və paltarları oğurladılar, 30.000 manat nağd pulumu götürdülər”.

Modelyer bildirib ki, basqın zamanı onu 5 gün ac-susuz bağlı otaqda saxlayıblar. Ümumilikdə, ona 200.000 manat məbləğində ziyan dəyib. Tədbirdə L.Əhmədovanın vəkili Elçin Axundzadə də çıxış edib.

“Kimə güvənirlər, nəyə güvənirlər, bilmirəm”, – deyən vəkil bildirib ki, hazırda AR Cinayət Məcəlləsinin 186-cı  əmlakı qəsdən məhv etmə, 177-ci oğurluq və özbaşınalıq maddələri ilə cinayət işi açılıb.

“Beş aydır ki, ekspertiza rəyi müstəntiqə təqdim edilib, amma iş qaldırılmır. Səbəb kimi iş adamı Nizami Ağayevin Yasamal rayonundakı nüfuzu göstərilir. Bilmirəm, kimin adamıdır, bu adamın arxasında kim dayanır?  Leyla xanım sərmayənin qaytarılması müqabilində obyektdən çıxmağa razıdır. Amma təəssüflər olsun ki, Yasamal Rayon İcra Şöbəsi onu dinləmir və hansısa tədbir görmür».

Təmir gedə-gedə Nizami Ağayevə hər ay pul verilib. Hətta binanın üçüncü mərtəbəsinə vurulan parketin xərcini də Leyla xanım ona hədiyyə edib.  Nizami Ağayevə bundan sonra işləyə-işləyə icarə haqqını ödəmək təklifini də edib. Lakin Ağayev bunu qəbul etmir. Sübut üçün bütün sənədlərimiz var. Nizami Ağayevin göndərdiyi təhqiramiz səsyazısı da əlimizdədir”.

Leyla Əhmədova :  « Mən heç beş il işləməmişəm ki, müqaviləni pozum. Özləri 2 il qabaq məni məhkəməyə veriblər. Hesab edirlər ki, bir milyonu onlara hədiyyə etməliyəm. Artıq 22 ildir ki, “Leyla Əhmədova” modalar evi fəaliyyət göstərir. İndi də deyirlər ki, qoy get. Mən getsəm, “Leyla Əhmədova” modalar evi bağlanacaq. Əgər əmlakımı itirsəm, yaşamağımın heç bir mənası qalmaz. Balalarım necə olsun bəs? Mən  haqlarımın təmin edilməsi tələbi ilə bugündən aclıq aksiyasına başlayıram”.(Azadliq.info)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir