Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Ədalət Əliyevin xeyirxah addımı – “Çıxış Yolu”

Lider TV-də yayımlanan və tamaşaçıların rəğbətlə qarşıladığı “Çıxış Yolu” verilişi tətilə çıxıb.

Missiya.Az xəbər verir ki, bir illik fəaliyyəti dövründə canlı yayımlanan proqramda Azərbaycanın bütün bölgələrindən gələn şikayətlərə baxılıb.

Verlişin yayılmandığı müddət ərzində bir çox vətəndaşa mülk məsələsində hüquqi yardım edilib və bir neçə ailə evlə təmin olunub. «Çıxış Yolu» nun sayəsində sahibsiz qalan azyaşlı uşaqlar uşaq evinə, ahıllar isə qocalar evinə və ya sığınacağa yerləşdirilib, işsizlər işlə təmin olunub, aliment ala bilməyənlər alimentlə təmin edilib, xəstələr özəl xəstəxanalarda ödənişsiz müayinə və müalicə olunub.
«Çıxış Yolu» verlişi yayımlandığı müddət ərzində dağılmaq təhlükəsində olan ailələri barışdırıb, ailə birliyini bərpa edib. Bütün bu nailiyyətlərin əldə olunmasında Lider TV-nin prezidenti Ədalət Əliyevin böyük xidmətləri var.

Qaynar xətdə gələn saysız hesabsız zənglərdə insanlar məhs Ədalət Əliyevə təşəkkürlərini bildirdilər. Lider TV- də yayımlanan bu proqram heç bir şou olmadan, yalnız haqqın və qanunun tərəfindən çıxış edərək çalışıb. Bu da birbaşa Lider TV – nin prezidenti Ədalət Əliyevin proqram əməkdaşları qarşısında qoyduğu şərtlərdən qaynaqlanıb. “Biz Lider TV olaraq yalnız vətəndaşlara Azərbaycan Respublikası Konstitusiyasının qanunlarına əsasən hüquqi yardım edə bilər və milli-mentalitetimizi hər zaman qoruyan bir TV olaraq adətlərimizə söykənərək ailələri sülhə, barışığa çağıra bilərik”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_20624325_1579758568770829_1098001704_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_20590943_1579758725437480_1680932989_o.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_25iyul2017_20527635_1579758525437500_1051327161_n.jpg

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir