Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı durmadan artır.
Media-fakt.info xəbər verir ki, bu barədə “Sina” agentliyi məlumat yayıb. Verilən məlumata görə, ölənlərin sayı 235-ə yüksəlib. Hadisə zamanı 130-dan çox insan xəsarət alıb.
Qeyd edək ki, bu gün Misirin Sinay yarımadasında məsciddə dəhşətli partlayşı baş verib. Hücum Al-Rauda kəndindəki məsciddə cümə namazı vaxtı baş verib. Kənd Əl-Əriş şəhəri yaxınlığında yerləşir. Terrorçular kütləyə atəş açıblar və bir neçə partlayıcı qurğunu işə salıblar. Məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.
Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.
Yenifakt.info
Müstəqil xəbərlər portalı