Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Almaniyada terror aktı planlaşdıran suriyalı miqrant saxlanılıb

Almaniya polisi İŞİD qruplaşması ilə əlaqədə olaraq terror aktı həyata keçirməkdə şübhəli bilinən Suriyalı miqrantı saxlayıb.

“Report” “Reyters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya prokurorluğu məlumat yayıb.

“Saxlanılan şəxs 2016-cı ilin dekabrında Saarbrüken şəhərindən öz telefonu ilə zəng edərək Suriyadakı əlaqəli şəxsdən 180 min avro istəyib. Bu vəsaiti o nəqliyyat vasitələri alıb, partlayıcı qurğu ilə təchiz edib əhalinin sıx olan yerlərinə sürmək üçün istiyib”, – prokurorluğun yaydığı məlumatda deyilir.

Adı açıqlanmayan həmin şəxs İŞİD-lə əlaqəsinin olduğunu təsdiqləyib. Lakin o pulu terror aktı törətmək üçün deyil, Suriyadakı ailəsini dolandırmaq üçün istədiyini bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir