Növbəti qurban Bakıda yaşayan qızıgilə qonaq getmiş Mingəçevir sakini olub
Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Rahilə Məhəmmədiyə qızı Cəbrayılova dəm qazından zəhərlənərək ölüb.
Hadisə Bakı şəhərində baş verdib. Belə ki, şəhərin 20 Yanvar küçəsində kirayə yaşayan qızıgildə qonaq olan Rahilə Cəbrayılova hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Qeyd edək ki, mərhum Mingəçevirdəki apteklərdən birində əcazçı işləyirdi.