Rusiyada 34 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Yerli mətbuat yazır ki, polis Azərbaycan vətəndaşını Moskvanın Aeroport rayonunda ali təhsillə bağlı hazırladığı saxta diplomu satarkən saxlayıb.
Faktla bağlı cinayət işi açılıb. Azərbaycan vətəndaşını 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.