Regional Sosial Araşdırmalar İctimai Birliyi gənclərin məşğulluğuyla bağlı layihənin icrasına başladı
Regional Sosial Araşdırmalar İctimai Birliyinin mətbuata açıqladığı press-relizdə qeyd olunur ki,təşkilat Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə icrasına başladığı “Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai müzakirənin təşkili” layihəsinin ilkin-hazırlıq mərhələsini başa çatdırmışdır. Bu məqsədlə Layihənin rəhbəri Şükür İzzət oğlunun, təşkilatın təsisçisi Əli Bəşirlinin və tədqiqat üzrə mütəxəssis Ağabala Əliyevin iştirakıyla müzakirə keçirilmişdir. Müzakirədə layihənin aktuallığı, gənclərin məşğulluğu məsələsinin iqtisadi inkişaf üçün önəmi qeyd edilmişdir.Regional Sosial Araşdırmalar İctimai Birliyinin mətbuata açıqladığı press-relizdə qeyd olunur ki,
Layihə rəhbəri Şükür İzzət oğlu layihənin icrasıyla bağlı görüləcək işləri qeyd edərək layihənin ikinci mərhələsində gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək və işsizliyin əsas səbəblərini aşkar etməkdən ötrü Şirvan, Hacıqabul və Sabirabad regionlarında tədqiqatlar aparılacaqdır. Bu məqsədlə 150 nəfər arasında sorğu keçirmək üçün tədqiqat hazırlanmalıdır.
Ş.İzzət oğlu qeyd etdi ki, layihənin digər fəaliyyətlərini də həyata keçirmək üçün inzibati məsələlər həll edilməlidir Bu məqsədlə Prezidentin İcra Aparatının rəhbərliyinə və layihənin coğrafiyasına daxil olan rayonların icra hakimiyyətinə məktublar göndərilməlidir. Müzakirə nəticəsində aparılan iş bölgüsünə əsasən tədqiqatın aparılmasına Ağabala Əliyevin nəzarət etməsi və hər rayonda sorğunun keçirilməsi üçün 2 nəfər intervüyerin cəlb edilməsi qərara alındı. Layihə rəhbəri qeyd etdi ki, sentyabrın əvvəlinə kimi bütün hazırlıq işləri yekunlaşmalı və tədqiqat mərhələsinə başlanılmalıdır ki, Şirvan şəhərində keçiriləcək müzakirəyə qədər sorğunun nəticələri də məlum olsun.
Bütün qeyd olunan məsələlərin həll edilməsi və həyata keçirilməsi yekdilliklə qəbul olundu.