Yenifakt.info

Müstəqil xəbərlər portalı

İctimai İnsan haqları Xəbərlər

Heykəl aksiyasından qalan qisasçılıq hissləri

14 yanvar 2020-ci ildə Berlin şəhərində 3 ölkənin səfirlikləri qarşısında Heydər Əliyevin heykəlinin götürülməsi tələbilə keçirilən mitinq ictimai rəyin yaddaşına xatirə kimi yazılsa da, siyasi hakimiyyət bu olaydan qisas almaq istəyir. Yadınızdadırsa mitinq ərəfəsində təşkilatçıların yaxınlarına təzyiqlər edilmişdi və bu sosial mediada və sosial şəbəkələrdə yayıldı.

Mitinq baş tutandan sonra isə Elşən Hüseynovun ailə üzvlərinə qarşı analoji olay baş verdiyi də artıq ictimailəşdirilmişdir. 26 yanvardan isə başlayaraq mitinqin digər təşkilatçısı Səbuhi Hümmətovun əmisi Oğuz rayon Polis Şöbəsinə çağırılmış və oğlunun işdən çıxmasıyla təhdit edilmişdir. Daha sonra S.Hümmətovun atası telefonla polis əməkdaşlarına bildirmişdir ki, o, oğluyla danışacaq və məsələ həllini tapacaq.

S.Hümmətov bildirir ki, “rayonda sadə bir işdə işləyən qohumumla məni təhdit edirlər. Bu vəhşilikdir. Anam ağır şəkər xəstəsidir və stressdən hər an onun halı dəyişə bilər. Azərbaycan bir diktatura ölkəsidir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir