Sərhədsiz Reportyorlar Təşkilatı 2016-cı ildə Mətbuat Azadlığı mükafatına 22 namizədin adını açıqlayıb. 3 nominasiya üzrə mükafat 1 jurnalistə, KİV-ə və vətəndaş jurnalistikası nümayəndəsində veriləcək.
Təşkilatın yaydığı məlumatda deyilir ki, 19 ölkədən olan builki namizədlərdən çoxu ya həbsdədir, ya da təqib olunur: “Həbsdə olanlar arasında misirli jurnalist İsmayıl Alexandrani, çinli Chinois Lu Yuyu və Li Tingyu, həmçinin Azərbaycandan Seymur Həzidir. Seymur Həzi Azərbaycandakı yeganə müxalifət qəzeti olan “Azadlıq”ın əməkdaşıdır və o saxta ittihamla həbs edilib”.
Qeyd edək ki, mükafat 1992-ci ildən təqdim edilir. Qaliblərin hər birinə 2500 avro veriləcək.