Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

İsgəndər Xəlilov “Nikoil Bank”ın rəhbərliyindən getdi

iskender-xalilov-300x1995 oktyabr 2016-cı il tarixində “Nikoil Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

Bankdan verilən məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.
Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib.

Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İ. Xəlilov bankın səhmdarlarından biri olaraq qalır.

Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Sədr:

Kulişova Marina Valeryevna

Üzvlər:

• Romanovskiy İvan Vladimiroviç
• Sazonov Aleksey Valeryeviç
• Suxoruçkin Pavel Aleksandroviç
• Novikov Roman Vitalyeviç

Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.

(APA)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir