Nobel Sülh mükafatı Kolumbiyanın prezidenti Juan Manuel Satosa verilib.
O, Kolumbiya İnqilabçı Silahlı Qüvvələri-Xalq Ordusu ilə 52 illik silahlı münaqişəyə son qoyduğu üçün bu mükafata layiq görülüb.
Mükafatlandırma mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Bu il Nobel mükafatının hər biri 8 milyon İsveç kronu (932 min dollar) məbləğində olacaq.