Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Əziz gecələr taksi sürüb ki, ailəsini və həm də Kanal13-ün xərclərini ödəsin

Əziz həm Kanal13-ün rəhbəri işləyirdi, gündüzlər jurnalist olurdu, gecələr taksi sürürdü ÜBER-də. Bunu bir dəfə də yazmışdım. Teymur da taksi sürürdü gecələr. Uşaqlar hərəsi ən azı daha bir yerdə işləyirdilər dolanmaq üçün. Vəkil Javad Javadov qanunsuz sahibkarlıqda ittiham edilən Əziz Orucov haqqında ÜBER-ə yazıb və rəsmi də cavab alıb. Bilmirəm kim necə baxır bu işə amma Əziz şərəfli bir iş görüb: bir şikayətçidən, bir dərdli insanımızdan bir manat almaq heç avxt ağlımızdan keçməyib, xalqımıza təmənnasız xidmət etmək istəmişik, efirimizdə gedən necə – necə şikayəti sildirmək üçün minlərlə manat təklif edirdilər – amma Əziz gecələr taksi sürüb ki, ailəsini və həm də Kanal13-ün xərclərini ödəsin və şərəfli JURNALİST adına, peşəsinə xəyanət eləməsin! Sənin yerin zindan deyil ƏZİZ qardaşım (yüzlərlə digər günahsız vətənpərvər kimi) millətə xidmət kürsüsüdür… və Uca Allah o məqamı nəsib edər İnşAllah. Javad yazır: İstintaq “var gücü” ilə həbs olunmuş Kanal13 internet kanalının rehberi, jurnalist Əziz Orucovun maliyyə mənbələrini araşdırır. Bu senedi elde etmeyimde meqsed istintaqa “kömek” etmekdi. Əziz özü bildirmişdi ki, kanalı ve aıleni saxlamaq üçün neçe vaxtdı geceler taksi sürürdü. UBER şirketinden aldığım cavaba elaveden de görünür ki, o 2016-cı ilin avqust ayından UBER sistemine qoşulmaqla şexsi avtomaşını ile taksi xidmeti gösterir. Maliyyə vəziyyəti yaxşı olan insan her halda geceler taksovatlıq yox, Galenvaqen, Porşe ve s. bahalı maşınlarlarla qonkalara çıxar…
P.S. Sened şexsin özünün razılığı ile paylaşılıb ve media istifade ede biler.

Anar Orujov adlı şəxsin şəkli.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir