Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Məmməd İbrahim vaxtından əvvəl şərti azadlığa buraxılması üçün məhkəməyə müraciət edib

Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin Rəyasət Heyətinin üzvü Məmməd İbrahim cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması xahişi ilə məhkəməyə müraciət edib. Bu barədə Turan-a onun oğlu Turan İbrahim bildirib.

Onun sözlərinə görə, İbrahim ərizəsini cəzasını çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə verib. Ərizəyə dekabr ayı ərzində baxılacağı gözlənilir.

İbrahim 2015-ci il sentyabrın 30-da xuliqanlıq (221.1) ittihamı ilə həbs edilib, şikayəti keçmiş AXCP üzvü Mikayıl Quliyev verib. Sonradan bu maddə daha ağır ittihama – 221.2.2-ci (xuliqanlıq, silah kimi istifadə olunan alətdən istifadə ilə törədildikdə) maddəyə tövsif edilib.

Martın 15-də Nərimanov rayon məhkəməsi İbrahimi təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

İbrahim cəzasının 1/3-ni çəkməsi ilə əlaqədar artıq cəzasının yüngülləşdirilməsi və məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət edib. Amma 2016-cı il noyabrın 25-də Suraxanı rayon məhkəməsi vəsatəti təmin etməyib.

Hüquq müdafiə təşkilatları İbrahimi siyasi məhbus kimi tanıyıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir