Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin səhhətində yenidən problem yaranıb.
Siyasətçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Müsavat Partiyasının mətbuat xidməti sabiq başqanın xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib: “İsa Qəmbər özünü yaxşı hiss edir və xəstəxanaya müayinəsini davam etdirmək üçün gedib. Xəstəxananın həkimləri İsa Qəmbərin bir neçə gün müddətində burada qalması və ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı tibbi prosedurlardan keçməsini tövsiyə ediblər”.