Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Azərbaycanın sürüşmə zonalarında aktivləşmə var

Azərbaycanın sürüşmə sahələrində qismən aktivləşmə müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, sürüşmə sahələrində aktivləşmə son atmosfer yağıntılarının təsirindən baş verib.
Onun sözlərinə görə, hazırda sürüşmə sahələrində ciddi təhlükə yoxdur: “Lənkəran-Lerik avtomobil yolunun 17-ci kilometrliyindəki mövcud sürüşmə sahəsində qismən aktivləşmə müşahidə olunmuşdu. Hazırda Lənkəran-Lerik avtomobil yolunun aktivləşmiş sürüşmə sahəsində yaranan təhlükə aradan qaldırılıb. Yol bərpa olunub və ciddi təhlükə yoxdur. Bundan başqa, İsmayıllı rayonunun Zərnava kəndinə gedən yolda qismən aktivləşmə olub”.
S.Əmiraslanov Bakının sürüşmə sahələrindəki vəziyyətə də aydınlıq gətirib. O qeyd edib ki, son monitorinqlərin nəticəsi olaraq Bakının sürüşmə sahələrində ciddi dəyişiklik baş verməyib.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir