Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Şagirdlərin nədən zəhərləndiyi bəlli oldu – siyahı

Ötən gün 22 saylı məktəbdə baş verən qida zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilən 10 şagirdin hamısının vəziyyəti kafidir.
5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən məktəblilərin 8-i təcili yardım, 2-si sonradan valideynləri vasitəsilə gətirilib. Şagirdlərdən 5-i qız, 5-i oğlandır.
Bunlar Kərimli Züleyxa (2006), Məmmədov Cavid (2005), Həsənov Elşad (2006), Haciyeva Fatimə (2006), Yusifov Səyyad (2006), Rəsulova Nəzrin (2005), Şamilov Kənan (2006), Nuruzadə Cavad (2006), Tahirova Fidan (2006), Rəhimzadə Rüqəyyadır (2006).
Məktəblilərin və valideynlərin bildirdiklərinə görə, qida zəhərlənməsi şirniyyatdan olub. Belə ki, uşaqlardan birinin ad günü münasibətilə alınan pirojna V sinifdə paylanıb. Nəticədə şirniyyatdan qida zəhərlənməsi qeydə alınıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir