Mən yadına düşərəmmi görəsən?
Bir gün bu dünyadan gedəsi olsam
Mən yadına düşərəmmi görəsən.
Dolarmı gözlərin, axtararsanmı ?
Mən yadına düşərəmmi görəsən
Yenə günəş olsa, yenə ay olsa,
Yenə zaman ötsə yenə yay olsa,
Hər kecən günlərin ömrə tay olsa
Mən yadına düşərəmmi görəsən.
Bu dünya fanidir, dünya dörd divar
Daha yaşamağa nə bir ümüd var
Bir gün eşidərsən ölüb Yadigar ?
Mən yadına düşərəmmi görəsən?
Həyat nədir?
Sənin gözün.
Yaşam nədir ?
Şirin sözün.
Dünya nədir ?
Baxışların.
Kədər nədir ,
Göz yaşların.
Sevgi nədir ?
Sən və ürək .
Arzu nədir,
Birgə sevmək .
Axı kimsən?
Sevgi andı .
Könül sevdam ,
Səndə qaldı.
Adam kimdir ?
Haqqın izi.
Yadigarın
Sevgilisi.
Yeri göyü bir araya gətirən,
Qaya üstə gül -çiçəyi bitirən ,
Ürəkdən ürəyə yollar götürən ,
Tanrı qüdrətinə şükürlər olsun.
Bir ol sözdən butun cahan yaradan ,
Yetim telin küləyiylə daradan ,
Hər ürəkdə yaşar böyük yaradan,
Böyük qüdrətinə şükürlər olsun.
Könlümə böyük bir məhəbbət verən
Sevgi adında səadət verən.
Butün həyatımı eşqə döndərən
Böyuk yaradana şükürlər olsun
Könlümün qəmini dilə gətirən ,
Astaca oxuyub zilə gətirən ,
Qəlbimdə eşq adlı çiçək bitirən ,
Sevgi adamına salamlar olsun.
Bircə baxışında sevgi öyrədən,
Eşqin həsrətiylə könül göynədən,
Şeirin diliylə eşqi söylədən ,
Sevgi adamına salamlar olsun.
Zamanı durduran vaxtı durduran ,
Könlümdə eşq adlı taxdı qurduran ,
Ömrümdə sevgidən möhür vurduran ,
Sevgi adamına salamlar olsun .
Zamansız bir sevgi göndərib mənə ,
Könlümün evində qəm kədər əkdin .
Bilmirəm günahım nədir ay Allah,
Məni bu sevgiylə sınağa çəkdin.
İndi gözlərimdə dolaşan bulud,
Yanağım üstünə ehsan tək düşür .
Könlümün evinə yığışan bulud ,
Gözümdə hey daşıb leysan tək düşür .
Bilirdin bu eşqin vüsalı yoxdur ,
Tale yazısını yozan sən idin.
Mənim həyatımın yetimliyini ,
Oxuyan sən idin yazan sən idin.
Olmazdı bu sevgi öz zamaninda ,
Qismət yazısıyla payım olaydı?
Yetim böyüməyi nəsib etmişdin,
Gərək sevgimdəmi yetim qalaydı?
İndi bu əzabın dərmanı nədir,
Ürək fəryad edir dayanır Allah.
Sənin hər əzabın ürəyincədir,
Sonunda dayağım olan da Allah.
Könlümə intihar havası düşüb,
Varsa cəsarətin gəl səndə oyna .
Bu mahnı bənzəmir başqa havaya ,
O yeni həyatdır o yeni dünya.
Tutaq əzrailin əlindən gülüb,
Bərabər ölümün gözünə baxaq .
Desinlər qəzada ikisidə ölüb ,
Bərabər ruh olaq göylərə çıxaq .
Mən də yol üstəyəm gedirəm indi,
Arxamca göz yaşı axıtmaq əbəs.
Dönüb baxmayacam geriyə nə də ,
Son görüş yerinə sadəcə tələs.
Keçirib əcəlin ipin boynuma ,
Sənin həsrətində ölümmü adam ?
Bütün vəbalımı salım bonuna ,
Axirət evinə gedimmi adam?
Bir məclis quraq səninlə birgə ,
Dostların qəlbində bu görüş qalar,
Sonunda bir rəqs edək ikimiz,
Mahnının adı da olsun İntihar!
Yadigar Təvəkkül