Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Əziz Orucova həbsdə işgəncə verilir

Bunu Kanal-13-ün rəhbəri Əziz Orucovun qardaşı, mühacirətdə olan jurnalist Anar Orucov facebook statusunda yazır və jurnalist həmkarlarını, FB dostlarını məsələyə biganə qalmamağa çağırır:

“Bütün jurnalistlərin nəzərinə: Bakı İstintaq Təcridxanasında Kanal13-ün rəhbəri Əziz Orucova qarşı qeyri-insani rəftar var. Qeyri-insani rəftar bir işgəncə formasıdır. Əzizin havaya çıxması qadağan edilib, evə telefon zəngi yarımçıq kəsilib, otağının nəfəsliyini açmaq tələb ediləndə belə qeyri-insani münasibət göstərilib. Hər bir jurnalistdən xahiş edirəm zəng eləsin təcridxanaya, onun rəhbəri Rəşid Səfərov adlı adama və soruşsun ki, niyə isti havada bu qədər dözülməz bir durumda bir dustağa, bir jurnalistə əlavə işgəncə verirsən, qeyri-insani rəftar edirsən? Xahiş edirəm hər bir jurnalist, bloger bu məsələni işıqlandırsın və facebook dostlarım da bunu paylaşsın”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir