Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Sement mafiyası məhkəməyə qarşı!

Bakı Apellyasiya Məhkəməsi nə qərar verəcək?
“Məhkəmə qərarı boş şeydi. Az qalıb, Apellyasiya məhkəməsində onu da ləğv etdirəcəyik. Artıq hər şeyi danışmışıq, həll etmişik”.

 

Bunu barəsində məhkəmə qərardadı ilə “Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunduğu Anar Ağayev deyib. A.Ağayevin sözlərinə görə, 1 Saylı Bakı Məhkəməsinin qəradadı müvəqqətidir, ondan şikayət verilib.

 

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq və razılıq alınıb ki, A.Ağayevin şikayəti təmin olunacaq. A.Ağayevin mətbuatda yayılan bu açıqlamasına Bakı Apellyasiya Məhkəməsindən şərh almaq mümkün olmayıb.

 

Qeyd edək ki, saxta istehsal olan “Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunmasına dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərardad qəbul edib. «Garant İnşaat Sənaye» MMC məhkəməyə müraciət edərək əmtəə nişanı müəssisəyə məxsus «UNİVERSAL» sementinin saxtalaşdırılması, qanunsuz istehsalının dayandırılması, dəymiş maddi zərərin ödənilməsini tələb edib. Saxta sementi istehsal edən və satışa çıxaran Qaradağ rayonunda yerləşən “Qaradağ EZ Speak” MMC-ni sahibi Anar Ağayevdir. Saxta sement kisələrinin istehsalçısı isa Bakının Keşlə qəsəbəsində fəaliyyət göstərən “Məişət Malları” ASC-dir.

 

Saxtalaşdırılmış “Qaradağ AA UNİVERSAL” və “AZBETON” sementinin əsasən Xaçmaz, Qusar, Qəbələ, Qax, Zaqatala, Şəki, Balakən, Beyləqan, Fizuli, Saatlı, Sabirabad, Şirvan, Göyçay, Bərdə, Ağcabədi, Ağdaş, Salyan, Neftçala, Lənkəran rayonlarında qeyri-leqal satışına qadağa qoyulmasını tələb edib.Məhkəmənin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» sementin satışı cavabdeh Anar Ağayevə, «Məişət Malları» ASC-yə, bütün topdan və pərakəndə satışa məsul şəxslərə qadağan edilib. Məhkəmə qərardadının icrasına başlanılıb. Ağayev Anar Gülağa oğluna Cinayət Məcəlləsinin 303 və 306-cı maddələrinə dair xəbərdarlıq edilərək ondan iltizam alınıb. Lakin A.Ağayevin bəyanatından məlum olur ki, qərardadın ləğvi üşün hərəkətə keçib və Bakı Apellyasiya Məhkəməsində vəziyyəti öz xeyrinə dəyişməyə nail olub. Qeyd edək ki, qanunsuz sement istehsalı ilə məşğul olan A.Ağayevin vergilərdən yayınması, qanunsuz satış aparması nəticəsində külli miqdarda sərvət topladığı bildirilir. Görünür, qanunsuz sement istehsalından toplanan böyük pullar onu hətta, məhkəməyə “meydan oxumağa” sövq edir. Barəsində cinayət məsuliyyəti elan olunan şəxs “məhkəmə boş şeydir” deyirsə, yəqin ki, Bakı Apellyasiya Məhkəməsində onun “pulunu görürlər”…

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir