Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Yetim Eyvazın ölüm səbəbi açıqlandı

Tanınmış şair Eyvaz Qurbanovun (Yetim Eyvaz) qəfil ölümünün səbəbi müəyyənləşib.

Siyəzən rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, 1952-ci il təvəllüdlü Eyvaz Qurbanov tromboemboliya səbəbindən vəfat edib.

Bildirilib ki, şairin damarlarında tromblaşma varmış. Dünən səhər saatlarında damar yolu ilə tromb onun ürəyinə gedib və ölümünə səbəb olub.

Qeyd edək ki, Yetim Eyvaz dünən yaşadığı Qəhər kəndində dəfn edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir