Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm Hadisə

Məhkəmə Əfqan Muxtarlının həbs müddətini uzadıb

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılmasına dair istintaq orqanının təqdimatına baxılıb.
APA-nın xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə həbs müddəti iki ay artırılıb.
Baş Prokurorluğun məlumatında bildirilir ki, Ə. Muxtarlı bu il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir