Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Avropa Məhkəməsindən daha 13 qərar gözlənilir

Bu işlərin hamısı qanunsuz həbs, sərbəst toplaşma hüquqlarının pozuntusu, siyasi ayrı-seçkiliyə məruz qalmaq ilə bağlıdır

Architect : Richard Rogers Partnership

Architect : Richard Rogers Partnership

İyunun 30-da Avropa Məhkəməsi 13 siyasi və içtimai fəallar barəsində qərarlarını elan edəcək. Bu barədə həmin şəxslərin vəkiki Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, bu işlərin hamısı qanunsuz həbs, sərbəst toplaşma hüquqlarının pozuntusu, siyasi ayrı-seçkiliyə məruz qalmaq ilə bağlıdır.

Həmin şəxslər bunlardır:

1.Məmməd İbrahim (hazırda yenə də həbsdədir)
2. Həsənov Bəhruz
3.Eyvazov Zülfiqar
4. Mirələmli Təzəxan
5.Kərimov İnqilab
6.Qurbanlı Əbülfəz
7.Fərhadlı Hafiz
8.Carullayev Elçin
9.Xalıqov Vaqif
10.Budağov Elşad
11.Hacıbəyli Rufat
12..Abbasov Şakir
13.Carçıyev Orxan

Vəkil deyir ki, hər şikayət üzrə ayrıca qərar qəbul edilib: “Bununla qərar qəbul edilmiş işlərimin sayı 71 olacaq. Son iki ildə 130 yaxın iş üzrə kommunikasiya aparılıb.

Yəni hər həftə 1-2 iş üzərində onlarla sənədlər hazırlanıb, tərcümə olunaraq Avropa Məhkəməsinə göndərilib. Bu sahədə müəyyən təcrübəsi olanlar bilirlər ki, kommunikasiyanın aparılması həddindən ağır işdir və çoxlu vaxt və qüvvə tələb edir. Məhz bu səbəbdəndir ki, son iki ildə vəkillik fəaliyyətimi demək olar ki, dayandırmışdım. Yəqin dostlar başa düşürlər ki, vəkillik fəaliyyətimin zəifləməsi üzrlüdir və müvvəqətidir. Çünki bütün qüvvəmi, ilk növbədə, Avropa Məhkəməsi ilə kommunikasiyasının aparılmasına yönəltməli idim. Hələ qarşıda 100-ə qədər iş kommunikasiyanın başlanmasını gözləyir. Kommunikasiyası yekunlaşmış daha 81 iş isə öz qərarını gözləyir”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir