O, Azərbaycandakı repressiyalara görə məsuliyyət daşımadığını deyir, ancaq mənimlə söhbətində siyasi məhbusların hansı itihamlarla və hansı şəraitdə həbsdə yatdığını nə qədər dərindən bildiyini nümayiş etdirib
Məşhur maliyyəçi Qərbi İlham Əliyevə yumşaq münasibətdə günahlandırdı
İyun ayının 24-də Londonda “Açıq Rusiya” klubunda növbəti müzakirələr olub. Tədbirdə keçmiş sovetlər ittifaqında gedən siyasi və iqtisadi proseslər müzakirə olunub. Məşhur amerikalı maliyyəçi və xeyriyyəçi Corc Soros da keçmiş sovet ölkələrindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Onun fikirlərini “Azadlıq” qəzeti tərcümə edib.
Sorosuz sözlərinə görə, Qırğızıstanın bəxti gətirib ki, korrupsiyaya qurşanmayan prezidenti var. Bu ölkədə demokratik inkişaf səviyyəsi çox yüksəkdir, çünki ən kasıb dövlətlərdən biri olub.
Qazaxıstanın durumuna toxunan Soros bu ölkənin Rusiyadan daha çox uzaqlaşdığını qeyd edib.
“Başqa sözlə bunlar adi postsovet ölkələri deyil, onlar başqadır. Nazarbayev əvvəlki vaxtlarda da başqalarında bir qədər daha maarifçi olub. Baxmayaraq ki, o uzun müddət hakimiyyətdədir və xeyli səhvlər edib, ölkədə xaricdə təhsil almış savadlı orta sinif yaranıb. Dövlət universitetində regionun digər universitetlərindən daha yüksək standartlar var. Xaricdən çoxlu sayda müəllim gəlib. Hakimiyyət Rusiya bazarına çıxmaq üçün xarici kapital cəlb etməyə çalışır”.
Sorosun fikrincə, digər ölkələr Rusiyadan daha çox asılıdır. O nümunə kimi Tacikistanı göstərib.
Sorosun sözlərinə görə, Qərbin təssüf ki, çox yumşaq yanaşdığı ölkələrdən biri Azərbaycandır. “Azərbaycanda xoşagəlməz diktator rejimidir. Bu ölkənin prezidenti ilə birbaşa danışmaq imkanım olub. O, Azərbaycandakı repressiyalara görə məsuliyyət daşımadığını deyir. Ancaq mənimlə söhbətində siyasi məhbusların hansı ittihamlarla və hansı şəraitdə həbsdə yatdığını nə qədər dərindən bildiyini nümayiş etdirib. Onun etdikləri riyakarlıqdır. Bir çox şeyə görə cavabdehdir və repressiyalardan istifadə edir. O, yeni potensial neft yataqlarını nümayiş etdirərək Qərbi razı salmağa çalışır. Düşünürəm ki, Qərb onu dəstəkləməklə böyük səhvə yol verir”, – deyə Soros qeyd edib.