Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin sentyabrda bölgəyə səfəri gözlənilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

B.Muradova qeyd edib ki, qarşıdakı müddətdə bu səfərin reallaşması üçün uyğun tarix seçiləcək.

Onun sözlərinə görə, xüsusi nümayəndə bölgəyə səfəri zamanı regionun hər üç ölkəsinə səfər edəcək.

Vitse-spiker bildirib ki, ATƏT PA-nın Minskdə keçirilən iclası zamanı K.Vigenin bölgənin hər üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb: “İnsidentlə, eləcə də onun sentyabrda bölgəyə gözlənilən səfəri, bu səfərin proqramı, proqrama daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sonra üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. İşçi qaydasında keçirilən görüşdə hər bir tərəf bu səfərlə bağlı öz mövqeyini bildirib”.

B.Muradova deyib ki, görüşdə bütün tərəflər bu səfərin vacib olduğunu və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir