Yenifakt.info

Müstəqil xəbərlər portalı

Siyasət

Elçibəy hakimiyyətinin devrilməsinin səbəbləri.

Professor Adil Qeybulla öz “Facebook” səhifəsində Elçibəy hakimiyyətinin devrilməsi səbəblərini göstərib.Saytımız bunların oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq paylaşımı sizə təqdim edir:

“Elçibəy hakimiyyətinin devrilməsininin səbəbini səriştəsizlikdə görənlər ya tarşırıq yerinə yetirirlər, ya da bu yanaşma sadəcə olaraq bir emosional motivasiyadır. Mən milli hakimiyyətdə heç bir vəzifə tutmamışam, şəxsimə qarşı pressinqlərdən başqa bir şey görməmişəm. Lakin mən özümü ruhən milli hakimiyyətə yaxın sayıram və həmin hakimiyyətin süqutunun səbəblərini də ədalətin prizmasından aşağıdakı kimi görürəm.

Elçibəy hakimiyyətinin süqutunun səbəbləri:.
Azərbaycana tarixən qənim kəsilən Rusiyanın və İranın Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi və onların mənafeyinin ölkəmizin daxilindəki etnik separatçılar və milli satqınların mənafei ilə üst-üstə düşməsi (Rusiya Azərbaycanın müstəqil siyasət aparmasının, rus qoşunlarının ölkəmizdən çıxarılmasını qisasını alırdı, İran isə siyasi mərkəz olaraq Azərbaycan türklərinin şimaldakı milli-azadlıq mübarizəsinin cənuba – İran daxilinə körüklənməsi və perspektivdə Azərbaycanın bütövləşməsindən ehtiyatlanırdı); Adı çəkilən hər iki dövlət üçün Azərbaycanda milli hökumətin devrilməsi həyati vacib məsələ idi.
Əbülfəz Elçibəyin dövründə hazırlanmış və imzalanmağa yaxın olan neft müqavilələrinin şərtlərinin beynəlxalq siyasətə nüfuz imkanı olan konsorsiumların və onlara bağlı iqtisadiyyat nəhənglərinin maraqlarına tam uyğun olmaması;
Yaranmış situasiyada milli hakimiyyətin qorunması üçün dirəniş və qətiyyət göstərilməsi ölkəni qardaş qırğınına və vətəndaş müharibəsinə sürükləyə bilərdi və sonda məğlubiyyət qaçılmaz idi. Belə ki, hakimiyyəti qorumağa məsul olan güc strukturlarının daxili mühiti təəssüf ki, Elçibəyə bağlı deyildi, sovetdən qalma nostalgiya ilə yaşayırdı, rəhbərlikdə olan şəxslərin də əksəriyyəti yeni situasiyada özlərinə yeni ağa axtarışında idi.
Bəli, milli hakimiyyətdə təcrübəsiz, sətiştəsiz kadrlar vardı, lakin hakimiyyətin süqutunu buna bağlamaq siyasi korluqdur və ən azı spekulyasiyadır.
Bir sözlə Elçibəy hakimiyyəti mənən süqut etməyib, sadəcə hərbi-siyasi qiyamla devrilib!”

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir