ABŞ dövlət katibi Reks Tillerson Qətərlə diplomatik əlaqələri kəsən Fars körfəzi ölkələrini birliyə səsləyib.
Tillerson bu ölkələrin qərarını “gözlənilməz” adlandırıb. O hesab edir ki, tərəflər danışıqlar masası ətrafında ziddiyyətləri aradan qaldırmalıdır. Dövlət katibi həmçinin zərurət olacağı halda problemin aradan qaldırılmasına yardım etməyə hazır olduğunu da deyib.
Yenifakt.info
Müstəqil xəbərlər portalı