Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Qətər böhranının ilk qurbanları minlərlə dəvə oldu

Səudiyyə Ərəbistanının öz ərazilərindən dəvə sürülərinin çıxarılması tələbindən sonra qətərlilərə məxsus minlərlə dəvə susuzluqdan ölüb.

“Trend”in məlumatına görə, son günlər ərzində 25 minədək dəvə tələf olub.

Qeyd olunur ki, dəvələrin tələf olmasının qarşısını almaq üçün sərhəd yaxınlığında köçəri düşərgələri salınıb. Bu düşərgələrdə baytarlar dəvələrə xidmət göstərir.

Səudiyyə Ərəbistanı Qətərə qarşı sanksiyalar tətbiq etməzdən əvvəl qətərli fermerlər heyvanları Səudiyyə Ərəbistanı ərazisində otlaqlara apara bilirdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir