Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir.
Bu, ölkə ərazisində aparılan rəy sorğusu nəticəsində məlum olub.
Sorğuya əsasən, rəyi soruşulanların 57 faizi 3 həftə əvvəl seçilmiş prezidentə etimad göstərir, 38 faiz respondent isə ona etibar etmədiyini deyib.
Bununla belə, E.Makron etimad göstəricilərinə görə əvvəlki prezidentlərdən geri qalır. 1981-ci ildə prezident seçildikdən qısa müddət sonra Fransua Mitterana göstərilən etimad 74 faiz, 1995-ci ildə Jak Şiraka və 2007-ci ildə Nikolya Sarkoziyə 64 faiz səviyyəsində olub.