Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Elçin Məmməd:Əfqan Muxtarlının həbsi Qərbdə Gürcüstana yaranmış etibarı sarsıda bilər

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi (SGHMİB) Gürcüstana sığınan jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana gətirilməsini pisləyən bəyanat yayıb. Bu barədə QHT-nin prezidenti Elçin Məmməd məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hazırda siyasi fəalların və jurnalistlərin təqibə məruz qaldığı ölkə kimi tanınır.

“Ancaq avtoritar rejimin mövcud olduğu Azərbaycandan fərqli olaraq, Gürcüstan post-Sovet məkanında Qərbə ən çox yaxın hesab edilən demokratik bir sistem qura bilib. Demokratik islahatların səviyyəsinə görə Cənubi Qafqazın lider dövləti adlandırılan Gürcüstan indi insan haqlarının müdafiəsində yol verdiyi nöqsana görə cavab verməlidir. Əfqan Muxtarlının həbsi Qərbdə Gürcüstana yaranmış etibarı sarsıda bilər.” – deyə Elçin Məmməd bildirib.

SGHMİB hesab edir ki, Gürcüstan hökuməti jurnalistin oğurlanaraq Azərbaycana keçirilməsini təcili araşdırmalı və Azərbaycandan gələn fəalların təhlükəsizliyinə təminat verməlidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir