Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

“Porşe” ilə adam öldürən uşağın milyonçu atası yuxarılara minnətçi düşüb – İddialar

16 yaşında qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürən Ağəli Fərəcovun atası yuxarılara minnətçi düşüb

Ulus.Az-a verilən məlumatda iddia olunur ki, uşağın törətdiyi cinayətdən sonra atası, işi adamı Füzuli Fərəcov istintaqın oğlunun təlim-tərbiyə məntəqəsinə göndərilməməsi üçün çırmanıb.

Yuxarı dairələrlə əlaqələrini işə salan və külli-miqdarda pul xərclədiyi deyilən iş adamı istintaqı öz xeyrinə yekunlaşdırmağı və cinayət işinə xitam verməyi istəyir. Qarşı tərəfin şikayətçi olmaması ona böyük imkan qazandırıb.

Ancaq ata Fərəcovun oğluna düzgün tərbiyə vermədiyi ön plana çıxarıldı. Bilirsiniz, əslində problem nədən qaynaqlanır? Valideyn nədən doymayıbsa, övladını o sahəyə yönəltmək istəyir.

Misal üçün, oxumamış valideyn övladının təhsil alması üçün dəridən-qabıqdan çıxır, gecəsini gündüzünə qatır. Gec ailə həyatı quran valideyn övladının vaxtında evlənməsini istəyir və s.

Amma təəssüflər olsun ki, bəzi valideynlər əksini düşünür. Amma düşünmür ki, uşağın müəyyən yaş həddi var. Pulla təması məhz o yaşa çatandan sonra olmalıdır. Uşaq böyüdükdən sonra pulla artıq hər şeyi almağın mümkün olduğunu düşünür.

Ulus.Az-a verilən məlumatda iddia olunur ki, oğluna gəzməyə getməyi yasaqlayıb. Hələlik işin istintaqı gedir. Bütün detallar yaxın zamanda məlum olacaq.

İstintaqın nəticəsindən aslı olmayaraq, Ağaəli Fərəcov barəsində xüsusi təlim-tərbiyyə xarakterli tədbir görüləcək və bunun üçün hazırlıq gedir.

Avtomobil cərimə meydançasındadır. Sənədləri də götürülüb. Hələ ekspertizanın rəyləri gözlənilir. İşə qiymət veriləcək. Yol nəqliyyat hadisəsi hansı şəraitdə baş verməsi ilə bağlı bütün parametrlərə baxılacaq. Təbii ki, A.Fərəcov vurub, qaçıbdır. Qaçdığına görə onun günahı var. Yetkinlik yaşına çatmayan cinayət törədənlərlə bağlı komissiya var.

Bakıxanov qəsəbəsində “Porsche Cayenne Magnum” markalı avtomobillə gənc qızın həyatına son qoyan qəza mövcud hüquq sistemində boşluqları yenidən aktual edib.

Qəzanı törətməkdə şübhəli bilinən Ağaəli Fərəcovun yaşının 14 olması onu cinayət məsuliyyətindən xilas edib.

14 yaşlı şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması Cinayət Məcəlləsinin 20.2.-ci maddəsində əks olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir