İranda qəzaya uğrayan özəl təyyarədə həyatını itirən sərnişinlər arasında Türkiyənin tanınmış iş adamı, “Başaran” holdinqin qurucusu və rəhbəri Hüseyn Başaranın qızı Minə Başaran da olub.
Media-fakt.info xəbər verir ki, ailə həyatı qurmağa hazırlaşan Minə Başaranın gələn ay toyu olacaqdı. O, rəfiqələri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindən toya hazırlıqla əlaqədar alış-verişdən qayıdırmış.
İranın Çaharmahal əyalətində təyyarə qəflətən radarlardan itib. Dağa çırpılaraq qəzaya uğrayan təyyarənin qalıqları artıq tapılıb. Qəzanın səbəbləri araşdırılır.