Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

MTN generalının evində girov saxlanılan usta ölkədən qaçdı

Bu gün Nərimanov rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müəyyən edib ki, Ramil Aslanov iş icraçısı kimi Nərimanov rayonu, E.Qocayev küçəsi 34 ünvanında Teymur Quliyevə məxsus, amma onun anası Güllü Quliyevanın adına rəsmiləşdirilimiş evin əsaslı təmir-bərpa işlərinin aparılmasına və tikintiyə rəhbərliyi həyata keçirib. Usta Elmir Həsənov apardığı təmir-tikinti işlərinə görə ona ödənilməli olan 28000 manatı almaq istəyib, 7 oktyabr 2015-ci il tarixdə, saat 15 radələrində həmin ünvana gəlib. Orada Ramil Aslanovun qardaşı Vasif Aslanovla mübahisə edib. Mübahisə zamanı Ramil və Vasif Aslanov qardaşları Elmir Həsənovu döyüblər.
Sonra Aslanov qardaşları generala məxsus villanın həyətindəki işçiləri qovublar, Elmir Həsənovu isə evin həyətində olan dama salıblar. 30 dəqiqə Elmir Həsənovu bağlı qapı arxasında qalıb. Hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş gəlməyib. Məlum olub ki, zərərçəkmiş ölkədən qaçıb. Aslanovların vəkili Adəm Məmmədov Teleqraf.com-a bildirib ki, Teymur Quliyevinin evində usta kimi işləyən Ramil və Aslanov qardaşlarının Cinayət Məcəlləsinin 145.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə Nərimanov rayon Məhkəməsində bu gün keçirilmiş məhkəmə iclasına zərərçəkmiş Elmir Həsənov bundan əvvəlki iclaslardakı ənənəsinə sadiq qalaraq yenə təkrar olaraq gəlməyib: “İki qardaşın qanunsuz həbs olunmasında verdiyi yalan ifadəyə görə, həmçinin bir çox şəxslərin pulunu ələ keçirdiyi üçün, həbs olunacağından qorxaraq ölkədən qaçıb”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir