ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaları genişləndirib.
Nazirliyin rəsmi saytında yayılan məlumata görə, sanksiya siyahısına Suriyadan olan 5 hüquqi, 5 fiziki şəxsin adı əlavə olunub.
Onlar Bəşər Əsəd rejiminin yol verdiyi zorakı fəaliyyətlərə dəstək verən şəxslərdir.
Siyahıda Muhamməd Abbas, Rami Makluf, İxab Makluf, İyada Makluf da var. Makluf qardaşları Suriya rejiminə Qərbin sanksiyalarını yarmaqda dəstək verdikləri üçün sanksiya ilə üzləşiblər.