Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Neft çıxarılan rayonlar post-neft dövrünə hazırdırlar?

“ İctimai İştirakçılığın Dəstəklənməsi ” İсtimai Birliyi Siyəzən rayonı ərazisində “Post-neft dövrünə keçid – neft çıxarılan rayonların perespektiv inkişaf yönümünün sakinlərlə müzakirəsi” adlı layihə həyata keçirməyə hazırlaşır. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilir.
Bu barədə layihə rəhbəri Şaban Nəsirovun məlumat verib: “Neftin qiyməti düşdükdən sonra, iqtisadiyyatda yeni dövr başlayır ki, bu dövrü post-neft dövrü adlandırırlar. Bu mərhələdə iqtisadiyatın əsas istiqamətləri neftdən asılı olmayan sahələrin inkişafından keçir. Belə demək olar ki, dünya bazarında neftin qiymətinin aşağı olması qeyri neft sektorunun inkişafı üçün stimul yaradır. Neft və qazdan asılılığı aradan qaldırmaq üçün elə bir sahələrə sərmayə qoyulmalıdır ki, bunlar daha yaxşı səmərə versin. Zənnimizcə, bu məsələ hər bir bölgə üçün fərqli ola bilər. Hər bir rayonun potensialının üzə çıxarılmasında isə sakinlərin rəyinin üzə çıxarılması əhəmiyyətlidir”.

Onun sözlərinə görə, layihənin əsas məqsədi neft çıxarılan rayonlarda post-neft dövrü üçün yerli sakinlərin fikirlərıni nəzərə almaq, yerli iqtisadi sahələrin istiqamətlərini müəyyən edib vətəndaşlar və rəsmi strukturların birgə müzakirəsini təşkil etməkdir.

İctimai Birlik Siyəzən rayonu ərazisində sorğu keçirməklə rayonun iqtisadi durumunu öyrənib yerli adiyyatı dövlət qurumları, ictimai fəal şəxslərlə ilkin müzakirələr aparacaq. Ekspertlərlə sorğunun nəticələri təhlil edilərək, rayonun iqtisadi potensialına qiymət veriləcəkdi.

Layihə çərçivəsində mövzu ilə bağlı Dəyirmi Masalar təşkil olunacaq. Dəyirmi Masalarda sakinləri maraqlandıran, narahat edən suallara ekspertlər, yerli icra nümayəndələri və bələdiyyə üzvləri cavab verəcək. Keçirilən hər bir tədbir qəzet və internet saytlarında ətraflı işıqlandırılacaq. Tədbirə, müvafiq dövlət idarələrinin mütəxəssisləri, ictimai fəallar, aqranomlar və ətraf mühitlə məşğul olan ekspertlər dəvət olunacaq .

Şaban Nəsirov ilkin olaraq yerli icra orqanları ilə münasibətlər qurulub, onlar layihə barədə məlumatlandırılıb. Onun sözlərinə görə, məsul şəxslərlə birlikdə rayon ərazisinə umimi baxış keçirilib, görülmüş işlər və görüləcək işlər barədə məlumatlar alınıb. Sorğu keçirmək üçün məsul şəxislər ayrılıb, təlimatlar verilib. Sorğuya başlamaq üçün bütün hazırlıqlar yekunlaşıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir