Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

İcra başçısı şəhid xanımını təhqir etdi – rədd ol…

Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub. Bu barədə jurnalist Qadir Həziyev öz feyzbuk səhifəsində yazıb.
Xanım şikayətçi bildirib:“İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, “zırıldama, rədd ol çölə, vaxtımı alma”, deyib qovdu”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir